Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Moldovada Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməməsinə münasibət bildirib.
 
APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısının mediaya müsahibəsi zamanı ondan Qaribaşvili və Zelenskinin Moldovada bir-birindən qaçmasının səbəbi soruşulub.
 
Hökumət başçısı suala cavabında qeyd edib ki, Moldovada olan 40-dan çox liderdən cəmi 5 və ya 10-u Zelenski ilə görüşüb.
 
“Orada əl sıxmaq növbəsi yox idi, ümumilikdə hər şey sadə idi”, - Qaribaşvili əlavə edib.

Baxış sayı: 10990 | Tarix: 06.06.2023
Bizi Telegramda izləyin: @repostaz