Bakıda nazirliklərdən birinə məxsus avtomobil ciddi qayda pozuntusuna yol verərək qəza şəraiti yaradıb. 
 
RePost.Az xəbər verir ki, hadisə dekabrın 6-da səhər saatlarında baş verib. Belə ki, səhər saat  08:50 radələrində Üzeyir Hacıbəyov küçəsi ilə hərəkət edən 10 AA 184 dövlət nömrə nişanlı qara rəngli “Mercedes” avtomobili ciddi qayda pozuntusuna yol verib. Sözügedən avtomobilin sürücüsü sağ zolaqla hərəkət etdiyi halda qəfildən sürətlə yolun soluna istiqamət götürərək “Hökumət Evi”nə daxil olub. 
 
RePost.Az həmin vaxt çəkilmiş görüntüləri təqdim edir:
 

Baxış sayı: 2630 | Tarix: 08.12.2016
Bizi Telegramda izləyin: @repostaz