Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının inkişafı ilə bağlı 2023-2025-ci illər üzrə yeni Yol Xəritəsi imzalanıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov özünün “Twitter“ hesabında məlumat verib.
 
Məlumatda deyilir ki, “Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov ilə 2023-2025-ci illər üzrə enerji əməkdaşlığımızın inkişafının yeni #YolXəritəsi|ni imzaladıq. Perspektivdə çoxsaylı #EnerjiLayihələri var, enerji tərəfdaşlığımız münasibətlərimizi daha da möhkəmləndirəcək.”

Baxış sayı: 12225 | Tarix: 22.08.2023
Bizi Telegramda izləyin: @repostaz