Azərbaycan-sovet diplomatı və jurnalisti Ənvər Məmmədov 100 yaşında Moskvada vəfat edib.
 
BAKU.WS bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
 
O, avqustun 15-də 100 illik yubileyini qeyd edib.
 
Ənvər Məmmədov 1923-cü il avqustun 15-də Bakıda müəllim ailəsində anadan olub.
 
Atası, Məmmədov Nazim Rauf oğlu repressiya olunub və 1949-cu ildə həbsxanada vəfat edib. Ölümündən sonra bəraət alıb. Anası Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyib. Ənvər Məmmədov İkinci Dünya müharibəsində iştirak edib.
 
Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomatdır.
Ə.Məmmədov SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləyib, Nürnberq məhkəmələrində tərcümə agentliyinin rəis müavini kimi iştirak edib. 1950-ci ilin fevralına kimi Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1956-cı ilə qədər Radio Komitəsinin baş redaksiyasının baş redaktoru (xaricdə yayımlanan) vəzifəsində çalışıb.
 
1956-1959-cu illərdə Sovet İttifaqının Vaşinqtondakı səfirliyinin nazir-müşaviri, "SSRİ" jurnalının baş redaktoru olub. 1959-1960-cı illərdə "Sovinformbüro"nun baş redaktoru və sədrin birinci müavini, 1962-1985-ci illərdə - SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini olub.
 
Yeddi orden və on medalla təltif olunub, ingilis, alman, italyan və fransız dillərini bilib.

Baxış sayı: 4644 | Tarix: 07.09.2023
Bizi Telegramda izləyin: @repostaz