Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda “Binə” ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub.
 
RePost.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
 
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​
 
***
“Binə” ticarət mərkəzində yanğının qarşısı alınıb.
 
RePost.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən söndürülüb.
 
RePost.Az

Baxış sayı: 3143 | Tarix: 01.04.2017
Bizi Telegramda izləyin: @repostaz