Baş prokuror beynəlxalq axtarışa verilən Araik Arutyunyan və Cəlal Arutyunyandan danışıb.
 
 Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, Araik Arutyunyan, David Babayan və Cəlal Arutyunyan 44 günlük müharibə zamanı Gəncənin dinc əhalisinin raket zərbələri ilə atəşə tutulması və mülki əhalinin qətlə yetirilməsi ilə bağlı beynəlxalq axtarışa verilib.
 
O bildirib ki, axtarışda olan David Babayan artıq həbsdədir: "Yaxın zamanlarda bunlar və digərləri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

Baxış sayı: 5632 | Tarix: 01.10.2023
Bizi Telegramda izləyin: @repostaz