Əli Kərimli və dəstəsi separatizmin məhvindən sonra yeni mövzu tapıb. Rusiya sülhməramlıları Azərbaycandan çıxan deyil. Əli Kərimli siyasətçi deyil, heç vaxt da olmayacaq. Adamın nitq qabiliyyəti var, amma siyasi savadı sıfırın altındadır. Gedin statuslarına baxın, verdiyi proqnozların heç biri düz çıxmayıb, təhlillərinin hamısı yanlış olub.

Məsələn, həmişə deyirdi ki, "bu hakimiyyət Qarabağı azad edə bilməyəcək, öz hakimiyyətlərini qorumaq üçün Qarabağı ermənilərə verib". Halbuki Qarabağı məhz onlar ermənilərə təhvil verərək Mütəllibobvu devirib hakimiyyətə gəlmişdilər. Bu tarixdi...

Qarabağ işğaldan azad edildikdən sonra Xankəndi havası çaldı. Guya "hakimiyyət ruslarla əlbir olaraq Xankəndini, Xocalını, Əsgəranı, Ağdərəni ermənilərə peşkəş edib".

Antiterror əməliyyatından sonra yazdıqlarına görə xəcalət çəkmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə yenə qəlbəmizə mız qoymağa başladı. “Rusiya sülhməramlıları Azərbaycanda daimi qalacaqmış, Vardanyanı azad edəcəklərmiş... Vardanyan təbii ki, ömürlük həbdə qalmayacaq. Törətdiyi əməlin məculiyyəti 15 il azadlıqdan məhrum etmədir. Cəzasını çəkəcək rədd olub çıxıb gedəcək. Və yaxud da peşimanlıq hisis deyilən bir şey var. Özünü həbsxanada yaxşı aparacaq, əməlindən peşiman olacaqsa, müəyyən müddət sonra işinə yenidən baxıla bilər. Əli Kərimli axı hüquqşünasdı, bunları bilməlidir ən azından.  Amma deyəsən hüquqi savadı da yetərli deyil...

Əli Kərimli tez-tez fəxrlə təkrar edir ki, Rus qoşunlarını bir gündə ölkədən çıxarardıq. Çıxardız, amma alayarımçıq.

Əli Kərimlidən soruşuram, sizin hakimiyyətiniz dönəmində Qəbələ Azərbaycan deyildi? Yoxsa oranı da ruslara peşkəş vermişdiz?

2012-ci ilə qədər Qəbələ RLS-də Rusiya Silahlı Qüvvələrinin HHM bölmələrinin 2 min nəfərlik briqadası var idi. Həmin bazanı məhz İlham Əliyev ölkədən çıxardı.

Həm də indiki kimi sülhməramlı deyildilər. Hava Hücumundan Müdafiə bölmələri idi. 2012-ci ildə İlham ƏIliyev mədəni şəkildə yola saldı onları. Əvvəlcə icarə haqqı 7 milyon, sonra 15 milyon, sonra isə 300 milyon dollara qaldırıldı və Rusiya RLS-i təhvil verərək 2 min nəfərlik şəxsi heyətini Azərbaycandan çıxardı. Zamanı çatanda Rusiya sülhməramlıları da Azərbaycanı tərk edəcək. Həmin zamanın nə vaxt yetişəcəyini isə nəyi nə zaman edəcəyini bilən şəxs bilir.

Zülfüqar Xeyirxəbər


Baxış sayı: 5708 | Tarix: 03.10.2023
Bizi Telegramda izləyin: @repostaz