Türkiyədə bir neçə gün əvvəl baş verən cinayət faktına görə ömürlük azadlıqdan məhrum edilməsi istənilən 2 aylıq gəlin Meryem B. sonuncu dəfə məhkəmədə ifadə verib. O, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
 
"gazetevatan"a bildirir ki, hadisə Bursada baş verib. 24 yaşlı Meryem gəlin getdiyi evdə onu zorlamaq istəyən yarıçılpaq qaynatasını bıçaqlayaraq öldürüb. Qadın saxlanılıb. Məsələ ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, o, özünü müdafiə etmək üçün qaynatasını öldürüb. Meryem çıxarıldığı 4-cü məhkəmədən sonra azadlığa buraxılıb.
 
Qeyd edək ki, Meryemin qaynatası oğlunun evdə olmamasından istifadə edərək gəlini hamamdan çıxarkən onun üstünə atılıb. O, Meryemi saçından tutaraq zorlamaq istəyib. Meryem mətbəx bıçağı ilə qaynatasını öldürüb.
 
RePost.az

Baxış sayı: 3371 | Tarix: 08.12.2016
Bizi Telegramda izləyin: @repostaz