Qvatemala polisi onlarla insanı qətlə yetirməkdə şübhəli bilinən “Barrio-18” cinayətkar dəstənin 27 yaşlı üzvünü saxlayıb.RePost.az “TASS”a istinadən verdiyi xəbərə görə, Karlos Qaytan yalnız cari il ərzində azı 40 nəfəri qətlə yetirib. Cinayətkar Vilya-Nueva yaşayış məntəqəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
K.Qaytananın qurbanlarının əksəriyyəti sahibkarlıqla məşğul olan və yük daşımalar sahəsində çalışan şəxslərdir. Onun başçılıq etdiyi “Barrio-18” cinayətkar dəstə 100-dən çox qətl törətməkdə şübhəli bilinir.
RePost.az