Azərbaycanlı aktyor Elşən Orucov Türkiyənin ATV telekanlında yayımlanan "Ben Bu Cihana Sığmazam" serialına  daxil olub.
 
O, ekran işində azərbaycanlı iş adamı Emir Gardaşovun (Ozan Akbaba) Ruminyada gizli bir mərkəzdə saxlanılan qardaşı Rəşad obrazına həyat verəcək.
 
Elşən Orucov serialın sabah yayımlanacaq bölümündə rol alacaq.
 
Rejissoru Mustafa Şevki Doğan "Ben Bu Cihana Sığmazam"ın senari müəllifləri Zülküf Yücel və Zehra Yüceldir.
 
Hazırda başrollarını Oktay Kaynarca və Ebru Özkan Sabanın oynadığı ekran işinin çəkilişləri sürətlə davam edir.
 
"Ben Bu Cihana Sığmazam" Çərşənbə axşamı saat 20:00-da ATV telekanlında yayımlanacaq. 

Baxış sayı: 16804 | Tarix: 12.02.2024
Bizi Telegramda izləyin: @repostaz