Azərbaycan üçün Dağlıq Qarabağ adlı məsələ yoxdur.
 
APA-nın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.
 
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan BMT-nin özünümüdəfiə haqqından istifadə edərək 30 il ərzində işğal altında olan ərazilərini azad edib.
 
“Azərbaycanın gündəliyi sülh və regional əməkdaşlıqdan ibarətdir. 2020-ci ildəki müharibədən sonra Azərbaycan Ermənistanla sülh müqaviləsinə dair 5 fundamental prinsip hazırlayıb. Tərəflər arasında diplomatik danışıqlar davam edir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində liderlərin görüşü məhsuldar və pozitiv atmosferdə keçib”, - Prezidentin köməkçisi vurğulayıb.

Baxış sayı: 4264 | Tarix: 01.03.2024
Bizi Telegramda izləyin: @repostaz