Bakıda bir cütlüyün boşanması onları heç tanımayan Sumqayıt sakinini işə salıb. Buna səbəb boşanan cütlük arasında yaranmış mülkiyyət mübahisəsidir. Sumqayıt sakini məhz buna görə boşanan kişidən etibarnamə ilə aldığı avtomobili öz adına keçirə bilmir. Məhkəmə cütlüyün mülkiyyət davasına görə maşına həbs qoyub. Bəs çıxış yolu nədir?
 
RePost.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Şəhər sakini 34 yaşlı Ruhim Hüseynovun 2014 ildə aldığı avtomobilin etibarnaməsinin müddəti 2015 ildə bitib. Ancaq o, avtomobili öz adına keçirmək istəyəndə problemlə üzləşib. Problemə səbəb avtomobilin əsas sahibinin ailəsində yaranan problem - yəni onun boşanmasıdır. Mülkiyyətçilərin boşanmasına görə avtomobil də məhkəmə nəzarətində olduğundan o, illərdir maşını öz adına keçirə bilmir.
 
Ruhim Hüseynov qarşı tərəfin razılığını almaq üçün səy göstərsə də, buna nail ola bilmir. Hazırda boşanma işi məhkəmədə olduğuna görə avtomobilə həbs qoyulub.
İndi Ruhim Hüseynov çıxılmaz vəziyyətdə qalıb. Nə maşını sürə bilir, nə də öz adına keçirə bilir.
 
Hüquqşünaslar isə deyir ki, faktiki avtomibl sahibi maşın üçün ödəniş edibsə qarşı tərəfin biri razılıq verməsə də, məhkəmə yolu ilə sahibliq hüququnu təsdiqlədə bilər. Bunun üçün o maşını aldığı şəxs ilə birlikdə məhkəməyə gedərək "vicdanlı alıcı" olduğunu təsdiqləməlidir. Və bundan sonra maşını öz adına keçirə bilər.
 
RePost.Az
 

Baxış sayı: 3504 | Tarix: 11.04.2017
Bizi Telegramda izləyin: @repostaz