Sabunçuda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
 
Sabunçu rayon prokurorluğundan RePost.Az-a verilən məlumata görə, mayın 30-da saat 9 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1986-cı il təvəllüdlü Samir İsrəfilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Araşdırma zamanı 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirovanın aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək tanışı Samir İsrəfilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ruhiyyə Tahirova iş üzrə şübhəli şəxs qismində tutulub.

Baxış sayı: 6335 | Tarix: 30.05.2024
Bizi Telegramda izləyin: @repostaz