İmişlidə gəlin toy gecəsi evdən qaçıb.
 
RePost.Az avropa.info-nun məlumatına görə, aprelin 15-də İmişli şəhəri "Kral” şadlıq sarayında toy mərasimi keçirilən rayonun Qaradonlu kənd sakini Samirə Əliyeva (ad şərtidir - red) toydan sonra evdən qaçıb.
 
Gəlinin sevdiyi oğlanla bərabər qaçdığı bildirilir.
 
Hadisədən sonra atası İmişli Rayon Polis Şöbəsinə qızın evdən qaçması ilə bağlı yazılı şikayət ərizəsi verib. Hal-hazırda toy günü evdən qaçan gəlinin yerinin müəyyən edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Faktı İmişli polisi də təsdiqləyib.
 
RePost.Az

Baxış sayı: 4093 | Tarix: 17.04.2017
Bizi Telegramda izləyin: @repostaz