Bu gün AXCP sədri Əli Kərimli ifadə vermək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Əli Kərimli özü jurnalistlərə bildirib. Onun həmin idarədə Azərbaycandan mühacirət edən şəxslərə müxalifət partiyalarının saxta üzvlük vəsiqələrinin verilməsi və digər saxta sənədlərin hazırlanması işi üzrə aparılan istintaq çərçivəsində dindirilmək üçün çağırıldığı bildirilir. Bundan əvvəl həmin iş üzrə müxalifət partiyalarının bir neçə funksionerləri də dindirilib.
 
RePost.Az

Baxış sayı: 2383 | Tarix: 21.04.2017
Bizi Telegramda izləyin: @repostaz