Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb.
 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib.
 
O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.
 
Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.

Baxış sayı: 806 | Tarix: 31.07.2025
Bizi Telegramda izləyin: @repostaz