Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib. Nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 
 
RePost.Az xəbər verir ki, yaralılar hadisə yerinə cəlb edilmiş FHN əməkdaşları tərəfindən xilas edilərək xəstəxanaya yerləşdiriliblər .
 
Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub. Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
 
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.

Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, partlayış yerin altında baş verib. Nəticədə binanın zirzəmisi dağılıb, birinci mərtəbənin beton döşəməsi tamam çöküb. Məlumata görə binada qaz xətti yoxdu. 
 
Mütəxəsisslərin ilkin rəyinə görə, yaxınlıqdan kanalizasiya xətti keçir. Orada yığılan qazların partlayışa səbəb olduğu ehtimal edilir. 

Xatırladaq ki, biznes mərkəzinin qarşısında neçə aydrır Azərbaycan Avtomobil Yolları yeraltı tunel inşa edir. Tikinti zamanı kanalizasiya və su xətlərinin yeri dəyişdirilib. Ona görə də xəttdən sızmaların olduğu istisna olunmur. 
 
 

Baxış sayı: 217 | Tarix: 24.11.2025
Bizi Telegramda izləyin: @repostaz