Ağdaş rayonunda anası ilə dalaşan qız dərman içərək intihara cəhd edib.

RePost.Az "report"a stinadən xəbər verir ki, hadisə rayonun Pirəzə kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Məryəm Arzuman qızı İsmayılova ailə münaqişəsi zəminində dərman preparatları qəbul edərək özünü zəhərləyib.

Hadisədən bir neçə dəqiqə sonra M.İsmayılovanı huşsuz vəziyyətdə görən yaxınları dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətiriblər. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən M.İsmayılovanın vəziyyətinin normal ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, M.İsmayılova ailəlidir, 3 azyaşlı övladı var.


Baxış sayı: 2706 | Tarix: 02.05.2017
Bizi Telegramda izləyin: @repostaz