Cəlilabad - Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən, təxminən 1 kilometrlik hissəsində avtomobillər mühərriki çalışdırmadan bir istiqamətdə, naməlum səbəbdən hərəkətə edir.

RePost.Az İstipress-ə istinadən xəbər verir ki, sürücülərin sözlərinə görə mühərrik söndürülmüş halda, sürət qutusunun isə neytral vəziyyətində, sanki bir qüvvə avtomobilləri bir istiqamətdə, şərqə doğru çəkərək hərəkətə gətirir.

Belə vəziyyətdə avtomobillərin əyləcindən istifadə olunmazsa sürət getdikcə artaraq, hətta 60 km/saat-a çatır. Maraqlıdır ki, eyni yerdə maşınlar əks istiqamətə yəni qərbə doğru hərəkətdə də çətinliklə üzləşirlər. Hər hansı bir texnika burada lazımı sürəti çox gec yığır. Kənd sakinləri yolun bu hissəsində maqinit sahəsi olduğunu deyirlər.

RePost.Az


Baxış sayı: 2877 | Tarix: 24.05.2017
Bizi Telegramda izləyin: @repostaz