Günorta saatlarında Bakıda sərnişin avtobusunda cibgirlikdə şübhəli bilinən şəxs tutulub. Həmin şəxsi polis yox, elə zərərçəkmiş sərnişin özü tutub. RePost.Az xəbər verir ki, hadisə anını avtobusda olan sərnişinlərdən biri çəkib ''XəzərXəbər''ə göndərib.

Hadisə günorta saatlarında 107- saylı avtobusda baş verib. Belə ki, paytaxtın ''Koroğlu'' metrostansiyasından Buzovna qəsəbəsinə doğru hərəkət edən avtobusda ayaqüstə duran sərnişinlərdən biri, pulunun cibindən çəkildiyini hiss edib. Dərhal yaşlı kişi pulunu oğurlandığını ətrafdakılara deyib. Bu zaman o, yanında olan şəxsin pulu yerə atdığını görüb. Yaşlı kişi bundan sonra cibgiri döyməyə başlayıb.

Yaşlı zərərçəkmiş sərnişin pulunu almasına baxmayaraq əsəbi olduğu üçün cibgirlikdə şübhəli bilinən şəxsi sillələməkdən əl çəkmir. Avtobusda olan digər sərnişinlər belə ona mane ola bilmir. Bir müddət sonra sərnişinlər həmin şəxsi yaşlı kişinin əlindən alırlar.

Zərərçəkmiş şəxs hadisədən sonra polisə məlumat verib.Avtobus son dayanacağa çatanda polis əməkdaşları həmin şəxsi saxlıyaraq şübhəli kimi bölməyə aparıblar.

RePost.Az


Baxış sayı: 2592 | Tarix: 24.05.2017
Bizi Telegramda izləyin: @repostaz