Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmır.
 
APA-nın məlumatına görə, bu barədə baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.
 
K. Əliyev deyib ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə hər hansı müraciət daxil olmayıb: "Belə araşdırma olanda, biz bu barədə ictimaiyyətə məlumat veririk".
 
RePost.Az

Baxış sayı: 2364 | Tarix: 06.06.2017
Bizi Telegramda izləyin: @repostaz