Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.



RePost.Az xəbər verir ki , bu barədə  jurnalist Nicat Dağlar öz facebook səhifəsində məlumat yayıb.


Belə ki, C.Musaoğlunun idarə etdiyi “KİA” markalı avtomobil digər maşınla toqquşub. Nəticədə “KİA” bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb. 


Baxış sayı: 4359 | Tarix: 08.06.2017
Bizi Telegramda izləyin: @repostaz