Yasamal rayonu “Sovetski” ərazisinin yenidən qurulması layihəsi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan Nərimanov prospekti və Abdulla Şaiq küçəsində təmir işləri başa çatıb.

Sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Amma Nərimanov prospektində təmir işlərindən sonra yolda əvvəlki döngə yığışdırılaraq bir qədər aşağıdan yeni döngə salınıb. Sürücülər Mikayıl Müşfiq küçəsinə getmək üçün həmin geriyədönmə yerindən dönə bilərlər.


Baxış sayı: 2231 | Tarix: 14.06.2017
Bizi Telegramda izləyin: @repostaz