Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da valideyn himayəsindən məhrum uşaqlar üçün təşkil olunan əyləncə proqramında iştirak edib.
 
Fonddan RePost.Az-a verilən məlumata görə, uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 200-dək uşaq və yeniyetmə  Leyla Əliyeva ilə birlikdə foto çəkdirib, səmimi söhbət ediblər.
 
 “CinemaPlus”da təşkil olunan əyləncə proqramında uşaqlar daha sonra “Spark” animasiya filmini izləyiblər.
 
RePost.Az

Baxış sayı: 2592 | Tarix: 30.06.2017
Bizi Telegramda izləyin: @repostaz