Gürcüstanın neft-qaz korparasiyanın 25 faiz səhmləri satışa çıxarılıb. 
 
RePost.az-ın məlumatına görə, bu korparasiya Gürcüstan ərazisində Rusiya qazının Ermənistana ötürülməsini həyata keçirir. Bu səhmləri almağa iddialı şirkətlərdən biri də Azərbaycanın SOCAR şirkətidir. Ermənistan Parlamentinin üzvü Şirak Torosyan bundan xeyli ehtiyatlandıqlarını dilə gətirib. 
 
“SOCAR bu səhmlərin 25 faizini əldə etdikdən sonra daha artığına iddia edə bilər. Bu isə bizim üçün faciəyə bərabər olacaq. Bir fikirləşin əgər SOCAR lap 5 faiz də olsa səhmləri əldə etsə buradan əldə olunan məbləğ Azərbaycanın silahlamasına xərclənəcək. Yəni biz qaz tariflərini ödəyərək Azərbaycan üçün silah əldə etməyə yardım etmiş olacağıq. Bizim öz pulumuza erməni əsgərlərə atılmaq üçün silah alınacaq”, - deyə erməni deputat bildirib.
 
Azər Selcan
RePost.az
 

Baxış sayı: 2554 | Tarix: 14.12.2016
Bizi Telegramda izləyin: @repostaz