Dünya şöhrətli hollivud aktyoru Leonardo Di Kaprio Nyu-Yorkda təşkil edilmiş  qala-konserti zamanı “Ermənistan uşaqları” fonduna  65 min dollar bağışlayıb. 
 
RePost.az  məlumatına görə, qala-konserti zamanı Di Kaprio Co Bredlinin rəsm əsəri üçün 65 min dollar xərcləyib.
 
Dekabrın 9-da Nyu-Yorkda “Ermənistanın uşaqları” fonduna təşkil olunmuş qala-konsertində müxtəlif sənət əsərləri satışa çıxarılıb. İanələr nəticəsində toplanmış məbləğlər fonda verilib.
 
Ümumilikdə, təxminən 3,1 milyon dollar yığılıb.
 
RePost.az
 

Baxış sayı: 2459 | Tarix: 15.12.2016
Bizi Telegramda izləyin: @repostaz