ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın baş direktoru olduğu The Trump Organization Azərbaycanda otelin tikintisi üçün sazişi ləğv edib.
 
RePost.az-ın Associated Press Agentliyinə istinadən verdiyi məlumata görə,Tramp bu layihə ilə bağlı bənzər addımı Gürcüstanda planlaşdırır.
 
Agentliyin məlumatına görə, şirkətin bu addımı Trampın prezident vəzifəsinə tez keçməsi ilə bağlıdır. Milyarderin hər iki xarici  layihəsi siyasi fiqurları ilə bağlıdır ki, bu da Trampın prezident nüfuzuna mənfi təsir göstərə bilər.
 
Həmçinin bu həftə The Organization Trump Braziliyada otelin tikintisinə dair sazişi ləğv edib. Noyabrın əvvəllərində Trampın ABŞ prezidenti seçilməsindən əvvəl Braziliyada onun şirkətinə otelə görə cinayət işi açıblar.
 
RePost.az
 

Baxış sayı: 3409 | Tarix: 17.12.2016
Bizi Telegramda izləyin: @repostaz