“Hadisə haqqında məlumatı səhv yayıblar. Heç kimlə dalaşmamışam. Mən mübahisə baş verən ziyafətdə musiqiçi kimi iştirak etmişəm”.

RePost.Az publika.az-a istinadən  xəbər verir ki, bu sözləri "Neolit"restoranında baş verən davada adı hallanan müğənni İzzət Bağırov deyib. İfaçı açıqlamasında onu da bildirib ki, köməkçisi zədə alıb.

“Artıq 27 ildir ki, bu sənətdəyəm, toylarda müğənni kimi çıxış edirəm. Heç vaxt cangüdənim olmayıb. Hər bir müğənni kimi mənim də köməkçim var. Sözügedən hadisədə də köməkçimi cangüdənim kimi qələmə veriblər. İkincisi də, cangüdəni nə üçün tuturlar? Sözsüz ki, həmin şəxsi qorumaq üçün. Sadəcə məclisdə dava baş verən zaman mən çıxış etdiyim üçün günahkar da məni göstəriblər. Halbuki, qonaqların çoxu içkili idi, aləm bir-birinə dəymişdi. Köməkçim dava edən şəxslərin arasında qalmışdı. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Bu gün vəkilim mətbuata dəqiq məlumat yayacaq”.

Məlumat üçün bildirək ki, Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisənin kütləvi dava ilə nəticələnməsi ilə bağlı xəbərlər yayılıb.


Baxış sayı: 2858 | Tarix: 31.08.2017
Bizi Telegramda izləyin: @repostaz