Samux rayonunda qaçırılan zaman avtomobil qəzasına düşən qız ölüb.
 
RePost.Az Report-a istinadən məlumat verir ki, Samux-Əhmədbəyli yolunda “VAZ-2107” markalı avtomobilin kanala düşməsi nəticəsində ağır bədən xəsarətləri alan Göygöl rayon sakini, 20 yaşlı Türkan İsgəndərova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
 
Orada vəziyyəti daha da ağırlaşan 20 yaşlı qız “Təcili yardım” maşını ilə Gəncə şəhərində yerləşən Mərkəzi Klinikaya aparılarkən yolda dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2288 | Tarix: 04.09.2017
Bizi Telegramda izləyin: @repostaz