Bakıda yeni istifadəyə verilmiş yol çöküb. RePost.Az xəbər verir ki, çökmə Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində baş verib. 
 
Hadisə nəticəsində yolun düz ortasında nəhəng çuxur əmələ gəlib. Yaranan çuxura görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
 
Qeyd edək ki, ötən ilin iyun-sentyabr aylarında Qara Qarayev prospektində yenidənqurma və təmir işləri aparılıb.
 
Xatırladaq ki, son bir neçə gündə ölkə ərazisində müşahidə edilən yağmurlu hava fəsadsız ötüşməyib. Bir çox yolları su basıb, maşınlar, insanlar yollarda qalıblar. Ötən gün Yasamal rayonu ərazisindəki yollardan birində isə çökmə meydana gəlib. Çökmə Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində  olub. Nəticədə səhər saatlarında müəyyən qədər ərazidə sıxlıq müşahidə olunub.
 
RePost.Az

Baxış sayı: 4283 | Tarix: 04.10.2017
Bizi Telegramda izləyin: @repostaz