Xətai rayonunda Zərifə Əliyeva parkında 7 yaşlı qıza 5 it hücum edib.
 
RePost.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki qızı ilə parka gələn ana 3 yaşlı balaca qızını gəzdirərkən böyük qızı Safiya Mirzəyeva ağacların arasında oynayırmış. Bu zaman parkda gəzişən 5 it Safiyanın üzərinə hücum edib və onun sağ yanını dişləyib. Yaralı olan azyaşlı xəstəxanaya aparılıb.
 
4 saylı uşaq poliklinikasından “Qafqazinfo”ya bildiriblər ki, uşağın vəziyyəti normaldır, sadəcə çox qorxduğu üçün şok vəziyyətindədir. S.Mirzəyevaya tibbi yardım göstərildikdən sonra quduzluqla bağlı müayinə edilməsi üçün 9 nömrəli poliklinikaya göndərilib.
 
İt dişləyən M.Safiyeva 63 saylı orta məktəbin şagirdidir.
 
RePost.Az

Baxış sayı: 8862 | Tarix: 05.10.2017
Bizi Telegramda izləyin: @repostaz