Bakıda təhsil alan Türkiyə vətəndaşı, 15 yaşlı Günler Şavval Ummuhan qızı intihar edib.
 
RePost.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə Nəsimi rayonunda baş verib. Gənc qız litseydə 1 günlük cəzalandırılıb və buna görə valideynlərinin onu danlayacağından çəkindiyi üçün özünü 10-cu mərtəbədə yerləşən yaşadıqları mənzildən ataraq intihar edib.
 
İntihar edən qızın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində işləyir. O səfirin gömrük işləri üzrə müşaviridir.
 
RePost.az
 

Baxış sayı: 3067 | Tarix: 21.12.2016
Bizi Telegramda izləyin: @repostaz