ATV-də ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" növbəti buraxılışı baş tutub. 
 
RePost.Az xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar Faytonmu Nazimi SMS səsverməsinə çıxarıblar. Demək olar ki, iştirakçıların böyük əksəriyyəti onun şəklini atıblar. Amma o, səsvermənin nəticələrini gözləmədn oyunu tərk etməli olub. Çünki verilişin ötən gün baş tutan buraxılışında Nazim Faytonçunun əlini maşından çəkdiyi məlum olub. Murad Dadaşov həmin kadrları nümayiş etdirərək, o məşhur ifadəni Nazim üçün səsləndirib – Maşın əldən getdi. İştirkaçıların göz yaşları ilə Nazim oyunu vaxtından əvvəl tərk edib. Ona görə, də təkrar səsvermə keçirilib. Səsəvermənin nəticələrinə görə, Arif Quliyev SMS səsverməsinə çıxarılıb.  
 
Qeyd edək ki, şounun yayımında problem yaşanıb. Murad Dadaşov SMS səsverməsinin qaydalarını izah edən zaman qəfil canlı yayım kəsilib və ATV-də Maşın Şou-ya aidiyyatı olmayan ümumi reklam bloku efirə verilib. 
 
RePost.Az 
 

Baxış sayı: 2345 | Tarix: 10.10.2017
Bizi Telegramda izləyin: @repostaz