Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.
 
RePost.Az xəbər verir ki, məhkumlar Bakıdan Şirvana qatarla aparılırmış. Onlar qatar Biləcəri stansiyasında dayananda qaçmağa nail olublar.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.
 
E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.
 
RePost.Az

Baxış sayı: 2440 | Tarix: 23.10.2017
Bizi Telegramda izləyin: @repostaz