Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində həbs qəti imkan tədbiri seçilib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, Gülməz Alxasov Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında  vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib.
 
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.
 
 Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.
 
 Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur. G. Alxasov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
 
RePost.Az

Baxış sayı: 3086 | Tarix: 02.11.2017
Bizi Telegramda izləyin: @repostaz