Plastik əməliyyatdan sonra dünyasını dəyişən 22 yaşlı model Leyla Oruclunun ölümündə təqsirləndirilən plastik-cərrah Sirus Qoçxani media nümayəndələri ilə görüşüb.

RePost.Az xəbər verir ki, S.Qoçxani modelin ölümündə günahsız olduğunu bildirib.

"Mən xidmətlərimi qabartmıram, göstərmirəm. Fəxr edirəm ki, Azərbaycanda işləyirəm. Bu, bədbəxt hadisə idi. Mənim günahım olmayıb. Xəstə əməliyyatdan sonra ayıldı, palataya keçdi. 2-3 saatdan sonra vəziyyəti pisləşdiyi üçün reanimasiyaya yerləşdirildi. Ekspertizadan da məlum oldu ki, mənim günahım yoxdur. Çox təəssüf edirəm ki, bu hadisə yaşandı".

Plastik-cərrah Leylanın bir neçə dəfə ona əməliyyat üçün müraciət etdiyini söyləyib: "Xəstənin anasına dedim ki, istəsəniz, cəsədin yardırıb, dəqiq öyrənin. Anası dedi ki, yox, qızımın yarılmasını istəmirəm. Mənə çox əziyyət edirlər, şər atırlar. Mənim yanıma gəlməzdən əvvəl Leyla başqa həkimə gedib. Amma narkoz verilən zaman əməliyyat masasından durub qaçıb. Bunu da anası bilməyib? Mən nə edim, ana bilməliydi. Leyla dedi ki, "Modeləm, "Instagram"da lağ edirlər. Yazırlar ki, ombam hamardı, belimdə piy var. İş tapa bilmirəm, kömək edin".

 

Yalandan dedilər ki, guya əməliyyata girəndə çəkisi 49 kiloqram olub. Leyla 64 kiloqram idi, bədənində yetərincə piy var idi. Biz belindən piyi çəkib ombasına vurduq. Qız yalvarırdı və narahat idi. Mən də əməliyyata götürdüm. Həmin vaxt əməliyyat çox idi, vaxt tapa bilmirdim. Məcbur ona vaxt ayırdım".


Baxış sayı: 2155 | Tarix: 06.11.2017
Bizi Telegramda izləyin: @repostaz