Bakıda yaşayış binasında yanğın söndürülüb.
 
RePost.Az xəbər verir ki, Binəqədi rayonu, Fərman Məlikov küçəsində yerləşən 16 mərtəbəli binada baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
 
İlkin məlumata görə, blokların birindəki elektrik şitində qəfil baş verən tüstülənmə yanğına çevrilib. Yaşayış binasının bir hissəsinin sakinləri təxliyə olunub.
 
Hadisə nəticəsində tüstüdən zəhərlənən 10-dan çox sakinə hadisə yerində təcili tibbi yardım göstərilib. Bir azyaşlı Bakı şəhər 1 saylı Xəstəxananın Toksikoloji şöbəsinə yerləşdirilib. 
 
***
 
Bakıda güclü yanğın hadisəsi baş verib.
 
RePost.Az xəbər verir ki, yanğın Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində yerləşən binada qeydə alınıb.
 
Hadisə şahidlərinin bizimyol.info-ya verdii məlumata görə, binada sakinlər qalıb.
 
Əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları, canlı qüvvə və təcili yardım maşını cəlb olunub. Həmçinin helikopterlərin havada olduğu deyilir.
 
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
 
RePost.Az

Baxış sayı: 2687 | Tarix: 10.11.2017
Bizi Telegramda izləyin: @repostaz