Barəsində cinayət işi başlanmış mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılıb.
 
RePost.Az-ın “Report”a istinadla verdiyi məlumata görə, onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, dekabrın 8-də Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olub.
 
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də 73 yaşında dünyasını dəyişib. O.Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.
 
RePost.Az
 

Baxış sayı: 2991 | Tarix: 11.12.2017
Bizi Telegramda izləyin: @repostaz