"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakıdan Naxçıvana uçan J2 251 reysi Naxçıvanda hava şəraitinin kəskin pisləşməsi (duman və məhdud görüntü) ilə əlaqədar olaraq Heydər Əliyev Hava Limanına qayıdıb.

RePost.Az Trend-ə istinadən xəbər verir ki, təyyarə səhər saat 08:12-də Naxçıvana istiqamət götürmüşdü.

Reyslərin qəbulunun mümkünlüyü haqqında təyinat aeroportundan müvafiq təsdiq alındıqdan sonra reys yenidən yola düşəcək.


Baxış sayı: 2573 | Tarix: 22.12.2017
Bizi Telegramda izləyin: @repostaz