Bakı şəhəri Nəsimi rayonu M.Cəlal və H.Seyidzadə küçələrindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar, dekabrın 25-də gün ərzində Nəsimi rayonunun bəzi ərazilərinə - 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Bu barədə RePost.Az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
 
RePost.Az

Baxış sayı: 2402 | Tarix: 25.12.2017
Bizi Telegramda izləyin: @repostaz