Bayram günlərində Azərbaycan ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, son 3 gündə respublikanın avtomobil yollarında 25 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Qeydə alının qəzalardan 4-ü Bakı şəhərində baş verib. Həmin qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.


Baxış sayı: 8615 | Tarix: 03.01.2018
Bizi Telegramda izləyin: @repostaz