Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.
RePost.Az-ın “Report”a istinadla məlumatına görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dolları pulunu alıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
 
Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, “Atena” süd məhsulları kombinatının təsisçisi və “Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.
 
RePost.Az

Baxış sayı: 2788