"Bakı əhalisi arasında rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir".
 
RePost.Az xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti Rəhilə Əliyeva deyib.
 
O bildirib ki, xəstəliyin ağırlaşmaması üçün zökəm əlamətləri hiss edən şəxslər dərhal həkimə müraciət etməlidirlər: "Xəstəliklərlə bağlı müraciətlər daha çox sentyabr-may ayları ərzində daxil olur. Daha çox tənəffüs, ürək-damar sistemi, mədə-bağırsaq, sümük-oynaq xəstəlikləri ilə bağlı müraciətlər edilir".
 
Baş terapevt qeyd edib ki , Klinik Tibbi Mərkəzin iki terapevtik şöbəsinə ötən ilin sentyabr-dekabr aylarında 378 müraciət daxil olub, müraciətlərin sırasında ilk yeri ürək-damar sistemi xəstəlikləri tutub.
 
RePost.Az

Baxış sayı: 2231 | Tarix: 25.01.2018
Bizi Telegramda izləyin: @repostaz