İsmayıllıda 3 otaqlı ev əşyalarla birlikdə külə dönüb. Hadisə gecə saat 4:00 radələrində İsmayıllı rayonunun Buynuz kəndində qeydə alınıb.
 
RePost.Az ARB Şəki-yə istinadən xəbər verir ki, Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğluna məxsus ümumi sahəsi 144 kvadratmetr olan 3 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.
 
Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, APA İsmayıllı rayonunda ötən gecə yanan evin sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğunu yazıb.
 
RePost.Az

Baxış sayı: 3535