Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.
 
RePost.Az Report-a istinadən xəbər verir ki, yanğın beşmərtəbəli binanın üçüncü mərtəbəsindən başlayıb. Yanğın zamanı binanın sakinləri təxliyə edilib. Sakinlərdən 6 nəfər xəsarət alıb. Onlardan 3 nəfərinin vəziyyəti ağır olduğu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Digər 3 yaralıya isə hadisə yerində həkimlər tərəfindən ilkin tibbi yardım göstərəlib.
 
Xəstəxanaya yerləşdirilənlərin tüstüdən zəhərləndiyi bildirilir.
 
Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki, hadisə şəhərin Ü.Hacıbəyli küçəsində yerləşən Texniki Rezin ASC-nin fəhlələr üçün nəzərdə tutulan yataqxanasının binasında baş verib.
 
RePost.Az

Baxış sayı: 2535 | Tarix: 26.03.2018
Bizi Telegramda izləyin: @repostaz