Masallı rayonu Mollaoba kəndində yaşayan 1974-cü il təvəllüdlü Əlişir Nurəliyev rayondan aldığı avtomobili öz adına keçirmək istəyərkən gözləmədiyi bir halla qarşılaşıb.
 
RePost.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Notarius-da onun təqdim etdiyi şəxsiyyət vəsiqəsinin etibarsız olduğu, özünün isə ölmüş şəxs kimi qeydiyyata alındığı bildirilib. Əlişir Nurəliyev rəsmi sənədlərə əsasən düz 35 il əvvəl ölüb. Məsələyə Masallı rayon qeydiyyat şöbəsi də münasibət bildirib.
 
Sağ ikən öldüyü iddia olunan Əlişir bu cür problemlə 44 il ərzində ilk dəfə qarşılaşdığını deyir. Bu illər ərzində bir neçə dəfə şəxsiyyət və sürücülük vəsiqələrini dəyişən Əlişir Nurəliyev indi necə öldüyünü heç özü də anlamır.
 
Məsələ ilə bağlı Ədliyyə nazirliyinin Masallı rayon qeydıyyat şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirildi ki, Əlişir Nurəliyev doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ilə birlikdə müraciət etməlidir. Ola bilər ki,sistemdə həmin şəxsin qeydiyyatı səhv düşsün. Məsələ ətraflı araşdırıldıqdan sonra Əlişir Nurəliyevə məlumat veriləcək.
 
RePost.Az


Baxış sayı: 2668 | Tarix: 16.04.2018
Bizi Telegramda izləyin: @repostaz