Şəkidə 25 gün əvvəl itkin düşən gəlin tapılıb.
 
Rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb Abşeron rayonuna gəlib.
 
Qeyd edək ki, Aygün Mustafayeva Şəkinin Baş Zəyzid kəndində, həyat yoldaşının qohumunun evindən itkin düşmüşdü. Mayın 21-də axşam saatlarında qohumları onu Abşeron rayonu ərazisində tapıb və ailə üzvlərinə məlumat verib. Hazırda ailə üzvləri onu Şəkiyə gətirirlər.
 
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb və geri qayıtmayıb.
 
RePost.Az

Baxış sayı: 2345 | Tarix: 22.05.2018
Bizi Telegramda izləyin: @repostaz