Bakı metrosunda intihara cəhd olub.
 
RePost.Az-ın məlumatına görə, hadisə bu gün, səhər saat 09:25 radələrində  "Koroğlu" metrostansiyasında qeydə alınıb.
 
Qatar stansiyaya daxil olnda bir gənc özünü qatarın altına atıb.
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, təcili maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb.
 
Hazırda qatarların hərəkəti normal qaydada davam edir. İntihara cəhd edən şəxs polisə təhvil verilib. Fakt araşdırılır.
 
RePost.Az

Baxış sayı: 2991 | Tarix: 24.05.2018
Bizi Telegramda izləyin: @repostaz