Bakıda güllələnmə hadisəsi baş verib.
 
RePost.Az-ın məlumatına görə, hadisə iyunun 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanov aralarında yaranmış şəxsi münaqişə zəminində 1962-ci il təvəllüdlü Nizami Teymur oğlu Qasımova təhlükəli ov silahı ilə atəş açaraq yaralayıb. 
 
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
 
RePost.Az

Baxış sayı: 2383 | Tarix: 09.06.2018
Bizi Telegramda izləyin: @repostaz