Gəncədə ağır cinayət törədən Yunis Səfərovun işgəncəyə məruz qalması ilə bağlı açıqlama verən DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov öz açıqlamasını təkzib edib.
 
RePost.Az xəbər verir ki, APA informasiya agentliyinə açıqlama verən Ehsan Zahidov Yunis Səfərovun  polisə müqavimət göstərərkən polis əməkdaşları tərəfindən güc tətbiq olunduğunu, onun vurularaq yerə yıxıldığını bildirib: “O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.
 
Lakin Bizimyol.info-ya açıqlama verərkən DİN rəsmisi Yunis Səfərovun polisə heç bir mqavimət göstərmədiyini bildirib: “Xeyr, heç bir müqavimət göstərməyib, dərhal hadisə yerindəcə prokurorluq və polis orqanları tərəfindən əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib”.
 
RePost.Az

Baxış sayı: 2478 | Tarix: 05.07.2018
Bizi Telegramda izləyin: @repostaz